Kriminal

Gürcüstandan Azərbaycana narkotik keçirmək istədi, tutuldu - FOTO

16 Noyabr 2018 11:35
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Gürcüstandan gələn bu ölkə vətəndaşları - Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.