Kriminal

Qulağı kəsilən şəxs məhkəməyə məcburi gətiriləcək

15 Noyabr 2018 15:51
0 Şərh     Baxış: 2 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş şəxs - Şahin Əliyev dəfələrlə məhkəməyə çağırılsa da, gəlməyib. 

Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb, lakin zərərçəkmiş şəxsi tapmaq mümkün olmayıb. 

Buna görə məhkəmə onun barəsində təkrar məcburi gətirilmə qərarı çıxarıb. 

İ.İbrahimlinin vəkili Əfifə Əsgərova zərərçəkmiş şəxs məhkəməyə gələnədək iclasın təxirə salınmasını təklif edib. 

Məhkəmə iclası noyabrın 22-dək təxirə salınıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.