Kriminal

Qızıl alverçisinə dələduzluğu "baha başa gədi" - 5 il

14 Noyabr 2018 17:56
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Fərzəliyeva 5 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə "Laçın" Ticarət Mərkəzində Zümrüd Göyüşovaya məxsus qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.