Kriminal

6 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

12 Noyabr 2018 22:02
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az "report"-a istinadən bildirir ki, Məlikqasımlı kənd sakini Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus pay torpağında içərisində narkotik maddələr olmasını güman etdiyi bağlamaların olduğunu bildirib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və 4 kiloqram 960 qram çəkidə narkotik vasitə olan heroin, 895 qram tiryək, 198 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.