Kriminal

Məhkuma şalvarda "heroin sovqatı" - FOTO

12 Noyabr 2018 20:00
0 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az bildirir ki, xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abbasov Rabil Qədir oğluna qohumu Tərtər rayon sakini Süleymanov Rinat Məhərrəm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə çəkisi 0,208 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.