Kriminal

“Vaqif Diplomat”ın adamları qeyri-leqal pulları necə “əridirlər”...

11 Noyabr 2018 12:38
0 Şərh     Baxış: 4 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar Rusiya Daxili İşlər Nazirliyinin strukturları tərəfindən kifayət qədər sadə sxemlə hərəkət edən və qeyri-leqal pulları leqallaşdırmaq adı altında mənimsəyən  böyük sayda dələduz qrupları qeydə alınıb.

Milli.Az bildirir ki, Virtualaz.org "Rosbalt"a istinadən xəbər verir ki, bu qrupların "Vaqif Diplomat" ləqəbli "vor zakon" Vaqif Süleymanovla bağlılığı var.

Hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, həmin qruplar Rusiya bazarlarında işləyən topdan satıcılarla sövdələşməyə girir, onlara pulları müəyyən faizlə lazım olan hesablara yatıra biləcəklərini təklif edir. Lakin pulları götürdükdən sonra "yoxa çıxırlar". Pullar qanuni mənşəli olmadığından onların sahibləri hüquq-mühafizə orqanlarına şikayət etmir və əsasən kriminal avtoritetlərin köməyi ilə məsələni həll etməyə çalışır. Söhbət hər dəfəyə on milyonlarla rublun ələ keçirilməsindən gedir.

Bu "atanşiklərin" qurbanları əsasən Azərbaycandan olan topdan satıcılardır. Mənbələrin bildirdiyinə görə son vaxtlar dəfələrlə onlar həmin "atanşiklər" qrupları ilə "razborka"ya giriblər. Pulları ələ keçirənlər isə özlərini "Vaqif Diplomat"ın adamları kimi qələmə verirlər. Və zərərçəkənlərin çoxu onun adını eşidəndə münaqişəyə girmək istəmir.

"Vaqif Diplomat" 2001-ci ildə "vor zakon" titulu alıb, lakin "Ded Xasan"ın öldürülməsindən sonra kriminal aləmdə onun mövqeləri sürətlə pisləşməyə başlayıb. Bir neçə il əvvəl Süleymanov "Rövşən Lənkəranski"nin nəzarətində olan bazarları ələ keçirməyə cəhd edib, amma buna müvəffəq olmayıb.

2016-c ildə Vaqif Süleymanova yaxın kriminal avtoritet Cambulat Şamiloğlu güllələnib. O, Moskva bazarlarına göyərtinin topdan təchizatına nəzarət edirdi. Bu qətlin arxasında "Rövşən Lənkəranski"nin dayandığı bildirilirdi.

Bildirilir ki, son vaxtlar  "Vaqif Diplomat" "Edik Osetrin" ləqəbli kriminal avtoritet Eduard Asatryanla yaxınlaşıb. Onların arasında əvvəllər ciddi münaqişə var idi.

"Vaqif Diplomat"ın bazarlarda qazanılmış pulların "yuyulması" üçün cinayətkar sxem qurması nəticəsində böyük pullar qazandığı təxmin edilir. Rusiya Mərkəzi Bankının hesablamalarına görə topdansatış ticarət mərkəzlərində hər ay 600 milyard rubldan çox pul dövr edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.