Kriminal

18 yaşlı arvadını baltaladı, özü isə intihar etdi - Azərbaycanda - YENİLƏNİB

7 Noyabr 2018 23:40
16 Şərh     Baxış: 6 450

23:40

Şəmkir rayonunda həyat yoldaşına baltayla xəsarət yetirən ər intihar edib.

Milli.Az "report"-a istinadən bildirir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Ələkbər Müzəffər oğlu Əliyev həyat yoldaşı, 2000-ci il təvəllüdlü Nərmin Mehdixanovaya baltayla xəsarət yetirdikdən sonra özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətə tapılıb.

Qeyd edək ki, N.Mehdixanova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

---------

22:59

Şəmkirdə ər həyat yoldaşını baltalayıb.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    QQ · 7 Noyabr 23:22204

    Hələ dünən ailə qurub ,bu gün vurub xalxın qlzını şıkəst eləyib .İndi canını qurtarmaq üçün deyəcək kimnənsə hörüşürdü ya da bakirə deyildi .Qadını şərləməyə nə var ki.Ag kagıza tez ləkə düşür .

    Cavab yaz
    • Anonim
      $.$.$. · 8 Noyabr 00:0580

      Oqlan özunu asıb, canını qurtarıb. Amma həqiqətən bu yaşda ərə getməyin nə mənası ? Valideynlər niyə belə tələsir?

      Cavab yaz
    • Anonim
      Q-yə · 8 Noyabr 00:1912

      Deyəcək nədi?? Ölüb eeee, özün asıb. Ölü də danışar?

      Cavab yaz
      • Anonim
        QQ · 8 Noyabr 09:4510

        Mən birinci məqalə çıxanda bu şərhi yazmışdım.Onda oglanın intihar etdiyini yazmamışdılar Sonra ad dəyişfirildi ,Yazfılar ki intihar edib

        Cavab yaz
  • Anonim
    Men · 7 Noyabr 23:39170

    Qızın tevellüdü 2000 ci il bu yaşda qız ere vererler Günah ele onun valideynlerindedi

    Cavab yaz
    • Anonim
      O · 8 Noyabr 01:4960

      ozu de ki ozunden 12 yash boyuk oglana (

      Cavab yaz
  • Anonim
    QQ · 7 Noyabr 23:4750

    Başlıq bayaq belə deyildi.

    Cavab yaz
  • Anonim
    Mamlyuk · 7 Noyabr 23:58153

    Bizim xalqımız get-gedə vəhşiləşir. Biri həyat yoldaşını baltalayır, biri nənəsini öldürür, üçüncüsü qardaş-bacılarını, ata-analarını, əzizlərini, hətta küçədə rast gəldiyi adi adamları doğrayır. Qızı ərə verirsən, bilmirsən bəxtinə hansı vəhşi düşəcək. Belə çıxır ki, bəlkə də Moskvada erməniyə qız verən haqlı imiş???

    Cavab yaz
  • Anonim
    ana · 8 Noyabr 00:3341

    Ermeninin aginada lenet qarasinada Sadece k8wilerin inami qalmayib qadinlara Qurunun oduna yawda yanir O qeder pozgunlar varki bezi kiwilerde qisqancliqdan qadinlarina inanmirlar Bezileride iwsizlikden Ailede problemler yaranir Allah bele belalardan qorusun milletimizi

    Cavab yaz
  • Anonim
    QQ · 8 Noyabr 00:5470

    Mamlyuk çox dogru yazmısınız. Namus qarovulçuları artıq İŞİDin şəriət polisinə oxşayırlar .

    Cavab yaz
  • Anonim
    ZM · 8 Noyabr 01:4250

    Həyəcan təbilinin vaxtı çatıb .Kütləvi haladönüb az qala (Allahqorusun)

    Cavab yaz
  • Anonim
    QQ · 8 Noyabr 09:4840

    Oglan 12 yaş qızdan böyükdür.Belə ailələrdə daim problem olur.Həyata baxışları fərqli olduqları üçün.

    Cavab yaz
  • Anonim
    Men · 8 Noyabr 09:5010

    Bilen varsa yazsın görek ne olub normal aile olublarmı ? Ne olubki bu hadise baş verib ?

    Cavab yaz
  • Anonim
    Şalimar · 8 Noyabr 10:1450

    Ay valideynlər, 18 yaşında gəlin ooooolmaaaaaz. Üstəlik özündən 12 yaş böyüyə ərə verlib. Niyə belə bezirsiz qız övladından?! Sizə qalan elə o qız övladı olacaqdı. Nifrət edirəm qızını belə erkən ərə verən valideynlərə. İndi kimsə durub deyəcək ki, əşşi o vaxt nənəm 13 yaşında ərə getmişdi, babamla 20 yaş fərqləri vardı, amma gül kimi keçinib gedirdilər. Bir dəfəlik başa düşmək lazımdır ki, o vaxt başqa idi, indi başqaaaaaaa.

    Cavab yaz
  • Anonim
    # · 8 Noyabr 10:1830

    12yaş kiçik qızı dədəsi yaşda kişiyə verəndə belə olacaq indiki uşaqlar 18yaşında həyata hazır olmurlar günah bunun ata-anasındadlr

    Cavab yaz
  • Anonim
    Oxucu · 8 Noyabr 11:4120

    Bilmey olmaz sevib evleniblerse gunahi valideyinlere atmaq da olmaz.bezen ele oĝlan analari var ki,bowanmiw oĝlana mutleqki acıĝa subay qiz axtarirlar.yawi da az olsun.yeni bu mutleqdir.elci gedende öz ogluna da baxsin.ele er arvad da varki yaw ferqi çoxdur,ve ya qiz oglannan boyukdur.problem yawda yox ,bawdadir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.