Kriminal

Ukraynada azərbaycanlı güllələndi

7 Noyabr 2018 15:28
2 Şərh     Baxış: 2 216

Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb. 

"Noyabrın 6-da, yerli vaxtla 22:00-də Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, o, 40 yaşlı Azərbaycan əsilli vilayət sakinidir.

Faktla bağlı araşdırmalar aparılır", - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko deyib. 

Yerli KİV-lər həmin şəxsin əvvəllər məhkum olunduğunu yazıblar. Hücum edənlərin iki nəfər olduğu bildirilib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Durna · 7 Noyabr 16:1700

    AZERBAYCAN esili vilayet sakini bu nece mentiqdi

    Cavab yaz
    • Anonim
      Durnaya · 7 Noyabr 17:4900

      Yeni ukrain vetendasi ,amma azerb. esilli

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.