Kriminal

Kişidən qonşu qadına BİABIRÇI TƏKLİF - Azərbaycanda RÜSVAYÇILIQ

7 Noyabr 2018 01:30
12 Şərh     Baxış: 16 169

Bakı sakini qonşusu tərəfindən üzləşdiyi əməllərlə bağlı polisə müraciət edib.

Milli.Az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar yaşayış massivində nömrəsiz evdə yaşayan Elmira Əliyeva (ad şərtidir) müraciətində qonşuluqda ev tikdirən İsrail adlı şəxsin ona məxsus olan qaz sayğacını sındıraraq yararsız hala saldığını bildirib. E.Əliyeva ərizəsində qeyd edib: "2018-ci ilin fevral ayında qonşum İsrail adlı şəxs fərdi yaşayış evini tikdiyi zaman mənim qaz sayğacımı yararsız hala salıb. Bununla bağlı mən həmin şəxsi çağıraraq sayğacı ona göstərdim. O da mənə narahat olmamağımı, bir problem yaranarsa, özünün həll edəcəyini bildirdi. Mən də onun sözünə inanıb heç bir yerə şikayət etmədim. Bir müddət sonra "Azəriqaz"ın laboratoriyası sayğacın zədəli olduğunu aşkarlayıb və mənim smart kartımı bloklayıb. Bununla bağlı mən yenidən qonşuma müraciət etdim. Bildirdim ki, "Azəriqaz" sayğacın dəyərini tələb edir - 236 manat. Bu zaman o, heç bir pul ödəməyəcəyini dedi, bununla yanaşı, həmin şəxs təxminən iki il müddətində həm üz-üzə gələrkən, həm də "whatsapp" vasitəsilə əxlaqsız təkliflər edərək, narahat edir. Mənə yazırdı ki, bu məsələni heç kim bilməyəcək, ikimizin arasında qalacaq. Mən bu iki məsələ ilə əlaqədar təxminən bir ay əvvəl Suraxanı rayon 30-cu polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizəmə sahə müvəkkili Tural baxır. Bu müddət ərzində Tural həmin vətəndaşı polis bölməsinə dəvət edib gətirə bilmir. Özü da etiraf etdi ki, həmin İsrail adlı vətəndaşdan qorxur. Mənə məsləhət görürlər ki, o adamdan şikayət etməyim, həmin adamı "işverən" kimi təqdim edib, məni qorxudurlar. Hətta qızımın evdə tək olduğunu, ona İsrail tərəfindən bir zərər toxunacağı ilə mənə təzyiq edirlər. Qeyd etmək istəyirəm ki, mən qızımla tək yaşayıram. 29 oktyabrda İsrailin həyat yoldaşı tərəfindən küçədə təhqirə, söyüşə məruz qalmışam. Məni zorlatdıracağı ilə hədələyib. Bu barədə 102 xidmətinə məlumat vermişəm. Həmin vaxt dərhal polis bölməsinə dəvət edildim, izahatım alındı. Bundan sonra isə İsrail 102-yə zəng edərək məndən şikayət edib ki, guya onu təhqir etmişəm, pul tələb etmişəm".

Məsələ ilə bağlı 30-cu Polis Bölməsindən bildirilib ki, Elmira Əliyevanın şikayəti araşdırılarkən onun sayğacının İsrail adlı şəxs tərəfindən sındırılması sübuta yetirilməyib. Belə ki, adları qeyd edilən şəxslərin evləri arasında başqa 2 nəfərin evi var və təmir vaxtı E.Əliyevanın sayğacının sındırılması mümkün deyil. Qadının qonşusu tərəfindən təhqirə məruz qalması, ona əxlaqsız təkliflərin edilməsi də araşdırma zamanı sübuta yetirilməyib. Belə ki, E.Əliyeva yazışmaları polisə təqdim etməyib. Bu səbəbdən də araşdırmalar dayandırılıb və şikayətçiyə məhkəməyə müraciət etməsi məsləhət görülüb. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Romka · 7 Noyabr 01:42414

    Exlaqsiz qadin sher atir yeqinki bele sherefsizlerden yaxshi insanlarimizi qorusun Allah

    Cavab yaz
  • Anonim
    QQ · 7 Noyabr 08:29100

    Pgrunu dogru çıxardılar axırda.Yazıq qadln da deyir da ki bu adama ,,işverən " deyirlər

    Cavab yaz
  • Anonim
    ...... · 7 Noyabr 08:3230

    İndi qarnının agrısı nə imişki?

    Cavab yaz
  • Anonim
    Gunka · 7 Noyabr 08:51210

    Yene qadin oldu gunahkar bezi axmaq werefsiz qeyretsiz kisilere gore

    Cavab yaz
  • Anonim
    /// · 7 Noyabr 10:3480

    Bir qaranliq mesele vare polis emekdasi deyir ki o Adam isverendi yaxsi qadinin heyati tehlukededir bir sey olsa nolacaq?Qadini bassiz bilib agillarina nee geldi etmelidi

    Cavab yaz
  • Anonim
    qonaq · 7 Noyabr 11:04100

    bu da buzim polisler.yani o geder selayahetsz..gucsuz.savadsizdilar duzu eyriden ayira bilmirler?hele utanmaz utanmaz meslehet verir qadina wikayet etme.maraqlidi onlarin xanimarina qarwi bele hereket etseydiler.deyeceydiler baw gownayin?iwverendi

    Cavab yaz
  • Anonim
    Səma · 7 Noyabr 11:5480

    Qadın düz danışır. O kişiciyin nəyindən qorxur.Haqlı insan həmişə qalıb gəlir.gec də olsa.

    Cavab yaz
  • Anonim
    Səma · 7 Noyabr 12:0980

    mən özüm ciddi adam olsam da AXMAQ kişilərə çox rast gəlmişəm

    Cavab yaz
  • Anonim
    Mamed · 7 Noyabr 12:4661

    Polisi pul gələn yer maraqlandırıq.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Noyabr 13:2793

    Burda deyibler ee qonsun pisdi köç qurtar Yaxsisi budu türklər demiş fılını-fırtını topla qizini da gotur köç ordan polis eger o serefsizin terefindedise Sen hec cure bata bilmeyeceksen ona

    Cavab yaz
  • Anonim
    ayka · 7 Noyabr 18:3721

    hami daniwir amma bilinmir ortada ne var yaginki gunah ele o qadin deyilen mexluqdeymiwda ne zibili varsa ustunun acilmagini istemir camahati biyabir edir xesde

    Cavab yaz
  • Anonim
    Соло · 8 Noyabr 07:5610

    Dünya insanları udur.Allah islah etsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.