Kriminal

Xəlil Rza Ulutürkün xanımına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

23 Oktyabr 2018 19:03
0 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Şəmsiyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, M.Şəmsiyev mərhum xalq şairi Xəlil Rza Ulutürkün kitabını nəşr etdirəcəyini deyərək, şairin həyat yoldaşı Firəngiz Ulutürkə qarşı 4 min manat dələduzluq edib. M.Şəmsiyev bununla yanaşı daha bir neçə nəfərə qarşı dələduzluq edib. Ümumilikdə zərərçəkmiş şəxslərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.