Kriminal

Baldızını bıçaqlayan şəxs məhkəmədə aclıq aksiyasına başladı

22 Oktyabr 2018 21:24
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə D.Təhməzov ittihamları qəbul etmədiyini və aclıq aksiyasına başlayacağını bildirib.

Proses oktyabrın 29-da davam edəcək.

İttihama görə, Ağcabədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanandan sonra ondan uşaqlarını görməyə şərait yaratmasını tələb edib. Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üçün mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

D.Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.