Kriminal

Restoranda qadına təcavüz edən ofisianta hökm oxundu

22 Oktyabr 2018 21:18
0 Şərh     Baxış: 1 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı təcavüzə cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Nağıyev dörd il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakıda "Xan" restoranında ofisiant kimi işləyən Ş.Nağıyev həmin obyektdə qabyuyan qadını zorlamağa cəhd edib.

Şikayət əsasında saxlanılan Ş.Nağıyev həbs edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.