Kriminal

Sumqayıtda parkda dostunu öldürən şəxsə 16 il cəza verildi

19 Oktyabr 2018 21:04
0 Şərh     Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Abbasov Xəyal Xudaverdi oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Abbasov 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Xəyal Abbasov Emin Nuriyevlə birlikdə Sumqayıtda parkda yeyib-içdikdən sonra mübahisə ediblər. X.Abbasov mətbəx bıçağı ilə E.Nuriyevə 8 bıçaq zərbəsi endirib. Emin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

X.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.