Kriminal

Qafqazlı “qanuni oğru” Ukraynadan deportasiya olundu

19 Oktyabr 2018 19:08
0 Şərh     Baxış: 2 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslən Qafqazdan olan "qanuni oğru" Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Odessa vilayətində saxlanılaraq ölkədən çıxarılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xüsusi xidmət orqanlarının əməliyyatçıları "Jorjikiç" ləqəbli "qanuni oğru"nun Cənubi Qafqazdakı kriminal dairələrin üzvü olduğunu, Ukraynaya cinayətkar qruplaşmaların fəaliyyətinin koordinasiyası ilə bağlı gəldiyini müəyyənləşdiriblər.

Ukrayna güc strukturlarının məlumatına görə, "qanuni oğru"nun bu ölkəyə "səfərinin" əsas məqsədi soyğunlardan, silahlı basqınlardan, oğurluqlardan əldə edilən gəlirlərin, pulların paylaşdırılmasını öz nəzarəti altında saxlamaq olub.

Odessada saxlanılan "Jorjikiç" ləqəbli "qanuni oğru" ölkədən çıxarılmaqla yanaşı, onun üç il müddətidə Ukraynaya girişi də qadağan edilib.

Qeyd edək ki, bundan bir müddət öncə Ukrayna ərazisinə qanunsuz daxil olduğuna görə "Jorjikiç" dövlət miqrasiya xidmətinin əməkdaşları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub.

Gürcüstan vətəndaşı olan "qanuni oğru" ağır və xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.