Kriminal

“Lotu Quli” yenə azadlıqda

18 Oktyabr 2018 14:26
2 Şərh     Baxış: 3 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu dəqiqələrdə Türkiyədəki qaynaqlardan əldə etdiyimiz məlumata görə "Lotu Quli" ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.

Məlumata görə məhkəmə "Lotu Quli"nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə "Lotu Quli" bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.