Kriminal

Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapıldı

18 Oktyabr 2018 13:07
0 Şərh     Baxış: 4 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində oktyabrın 12-də yaşadığı evindən oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, beş gün davam edən axtarışlardan sonra H.M. adlı qız Marneuli rayonunun Candar kəndində aşkarlanıb. Gəncin sağlamlıq durumunda hər hansı bir problemin olmadığı qeyd olunub.

Hazırda qız psixoloqların nəzarəti altındadır.

Faktla bağlı istintaq təbdirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.