Kriminal

"Yeni-Zaman-Novoye -Vremya" qəzetinə olan basqınla bağlı YENİ TƏFƏRRÜATLAR

16 Oktyabr 2018 13:03
Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Yeni-Zaman-Novoye -Vremya"qəzetinin baş redaktoru Şakir Habil oğluna zəng edib.

Milli.Az xəbər verir ki, Ehsan Zahidov baş redaktora bildirib ki, redaksiyaya olan basqınla bağlı açılan cinayət işini Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov şəxsi nəzarətinə götürüb. Nazir bu cinayətin tezliklə açılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayonu Polis İdarəsinin rəhbərliyinə xüsusi göstərişlərini verib.

Ehsan Zahidov cinayətin tezliklə açılacağına əmin olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.