Kriminal

Qonaq olan qadının qızılları oğurlanıb - FOTO

12 Oktyabr 2018 08:12
0 Şərh     Baxış: 1 235

Oktyabrın 7-si Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birində qarət olub. DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Milli.Az-a verilən məlumata görə, evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq cinayətinin Tovuz rayon sakini, hazırda həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədov tərəfindən törədildiyi müəyən edilib.

Saxlanılan şəxs ifadəsində qarətdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyini və onun təsiri altında bu yola əl atdığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.