Kriminal

Rusiyada azərbaycanlıya 10 il həbs cəzası verildi

11 Oktyabr 2018 17:28
0 Şərh     Baxış: 1 023

30 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Tobolsk məhkəməsi tərəfindən 10 il müddətinə həbs edilib. 

Milli.Az oxu.az -a istinadən xəbər verir ki, 2016-cı ilin aprelində Azərbaycan Respublikasının vətəndaşı oğurluq üstündə aldığı həbs cəzasını başa vurub və Tobolsk həbsxanasından azadlığa buraxılıb. 

Azadlığa çıxdıqdan sonra o, Rusiyadan getməyib və qanunsuz formada Tobolskda yaşamağa davam edib. 

2018-ci il iyunun 10-da kişi evlərdən birindən çıxan zaman polis tərəfindən saxlanılıb. Onun həmin binadakı poçt qutularına heroin qoyduğu müəyyən edilib. 

Üzərinə baxış zamanı onun cibindən də heroin aşkarlanıb. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.