Kriminal

Novosibirsk-Bakı təyyarəsini “partlatmaqla” hədələyən varlı azərbaycanlı biznesmendir - YENİLƏNİB - FOTO

26 Sentyabr 2018 13:50
2 Şərh     Baxış: 7 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:50

Rusiyanın Novosibirsk şəhərinin "Tolmaçevo" aeroportundan Bakıya uçan "Airbus" təyyarəsini "partlatmaqla" hədələyən və həbs olunan sərnişin Azərbaycandan olan varlı biznesmendir.

Virtualaz.org "Komsomolskaya Pravda"nın yerli əlavəsinə istinadla xəbər verir ki, o, Azərbaycana hansısa ailə mərasiminə gəlirmiş.

Rusiya DİN-in Sibir federal dairəsi üzrə idarəsindən bildirildiyinə görə həmin şəxs Azərbaycana uçurmuş. Pasportuna görə Rusiya vətəndaşıdır, Krasnoyarsk sakinidir. Amma Azərbaycanda anadan olub. Krasnoyarskdan Bakıya birbaşa reys olmadığı üçün Novosibirsk üzərindən uçurdu.

Bu şəxsin adı açıqlanmır, amma onun varlı adam olduğu bildirilir. Krasnoyarskda sanballı biznesi var. Komfort şəraitdə uçmağa öyrəşib: yumşaq kreslo, şampan şərabı, ayaqlarını nə qədər istəsə uzada bilər. Lakin bu dəfə necə olubsa adam ekonom klassa bilet alıb.

Təyyarəyə miniyi elan edəndə sərnişin bileti üzrə yerinə oturub. Əvvəlcə özünü sakit aparıb, qalan sərnişinlər yerlərinə oturandan sonra sifətində, sanki, bu təəccüblü ifadə yaranıb: "Bu adamlar kimdir axı?"

Minik başa çatanda və stüardessalar qapıları bağlayanda adamın beyni çönüb. "Yəqin alkoqol başını dumanlandırıb", - polisdə deyirlər.

O, stüardessanı çağırıb və biznes-klassda yer verilməsini tələb edib. Stüardessa nəzakətlə cavab verib: "Olmaz, vətəndaş!? Sizin biletiniz ekonom klasadır, biznes istəyirsiniz? Heç cür olmaz".

"Yerimi dəyişdirmirsən? Dəqiq dəyişdirmirsən? Onda görərsən nə edərəm: indi təyyarə uçacaq və mən bombanı partladacam", - azərbaycanlı biznesmen təxminən belə deyib.

Stüardessa tez pilot kabinəsinə qaçıb və sərnişinin dediklərini çatdırıb. Kapitan isə bu haqda bütün dispetçerlərə bildirib. Reys təxirə salınıb, polislər, xidməti itlər gəlib. Təyyarədə bomba-filan tapılmayıb, iki saat gecikmədən sonra sərnişinlər nəhayət Azərbaycana uçublar. Amma Krasnoyarskdan olan həmin biznesmeni polislər əlləri qandallı aparıblar. İndi onu 5 ilə qədər həbs gözləyir...

-----------
08:53

Sentyabrın 24-ü günorta saatlarında Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində insident yaşanıb. Təyyarəyə sərxoş vəziyyətdə minən Krasnoyarsk vilayətindən olan 51 yaşlı sərnişin hava gəmisini partladacağı ilə hədələyib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, kişi Bakıya birbaşa aviareyslə uçmaq üçün Krasnoyarskdan Novosibirskə gəlib. Krasnoyarsklı "S7" aviaşirkətinə məxsus təyyarəyə uçmağa hazırlaşan zaman stüardessadan onu ekanom sinfli oturacaqdan biznes sinfi olan hissəyə keçirməyi tələb edib. Sərnişin rədd cavabı aldıqda isə qışqıraraq deyib: "Məndə bomba var! Sizin hamınızı partladacağam!".

Bu zaman heyət komandiri dərhal uçuşu təxirə salıb və polis çağırıb. Sərnişinlər təxliyyə olunub. Hava gəmisində xidməti itin köməkliyi ilə axtarış aparılıb. Lakin heç bir partlayıcı maddə aşkar olunmayıb. Sonda təyyarə iki saat gecikmə ilə Bakıya yola salınıb.

Sözügedən sərnişin saxlanılıb. Ona qarşı cinayət işi açılıb. İndi sərnişini 5 ilədək həbs cəzası gözləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.