Kriminal

Hoteldə sevgilisinin başını kəsən şəxs danışdı - VİDEO

24 Sentyabr 2018 22:50
10 Şərh     Baxış: 5 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

35 yaşlı kişi 21 yaşlı qızı qətlə yetirib. Milli.Az bildirir ki, hadisə Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki restoranlardan birində baş verib. Həmin ünvanda 21 yaşlı Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş 35 yaşlı Nəriman Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs 21 yaşlı Aysel Orucovanı 3 ildir tanıyırmış və tez tez görüşürlərmiş. Nəriman Əliyev hadisəni ona yalan danışdığına görə törətdiyini deyib.

O, qıza 11 bıçaq zərbəsi vuraraq öldürüb. Sonra ərazidən qaçsa da, polis əməkdaşları onu tutaraq məsuliyyətə cəlb edib. Faktla bağlı araşdırmalar davam etdirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hoteldə sevgilisinin başını kəsən şəxs danışdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.