Kriminal

Bu il itləri gömrükdə 882 kq narkotik tapıblar

20 Sentyabr 2018 19:40
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində "MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları" başlayıb.

DGK-dan Milli.Az-a verilən məlumata görə, yarışlarda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus gömrük xidmətlərinin komandaları da iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirib ki, Azərbaycan gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur. Gömrük orqanlarında son dövrlərdə aparılan islahatların və modernləşdirmə siyasətinin ölkəmizdə yerli istehsalın və ixrac potensialının stimullaşdırılmasında, daxili bazarın qorunmasında mühüm rol oynadığını diqqətə çatdıran Ə.Abdullayev vurğulayıb ki, məqsəd münbit ticarət mühitinin yaradılması, beynəlxalq ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır.

Azərbaycan gömrük xidmətinin qaçaqmalçılıq faktlarının aşkar edilməsində mühüm rol oynayan xidməti axtarış itlərinin yetişdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran Ə.Abdullayev, bu məqsədlə Kinoloji Mərkəzdə müasir standartlara uyğun infrastrukturun qurulduğunu və 2015-ci ildən Kinoloji Mərkəzin Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusu aldığını vurğulayıb.

O da qeyd olunub ki, cari ilin 8 ayı ərzində kinoloqların və kinoloji xidmət itlərinin səmərəli fəaliyyəti nəticəsində xidməti axtarış itləri tərəfindən gömrük sərhədindən qaçaqmalcılıq yolu ilə keçirilməyə cəhd göstərilən 882 kq narkotik vasitə, 20 400 ədəd müxtəlif markalı tütün məmulatları aşkar edilib.

"MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları" iştirakçılarına uğurlar arzulayan Ə.Abdullayev turnirin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə və yarışlarda güclülərin qazanacağına əminliyini ifadə edib.

Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin rəisi Vladimir Filipov təmsil etdiyi qurum adından Azərbaycan gömrük xidmətinə təşəkkürünü bildirib və turnirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, 3 gün davam edəcək yarışlar "Əl yüklərində narkotik vasitələrin axtarışı", "Xidməti itlərin ümumi itaətetməsi", "Narkotik vasitələrin yük avtomobillərində axtarışı", "Narkotik vasitələrin minik avtomobillərində axtarışı", "Narkotik vasitələrin otaq şəraitində axtarışı" nominasiyaları üzrə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.