Kriminal

Gözəl Dəmirov Etimad İsmayılovu niyə öldürüb? - Qatilin ilkin ifadəsi açıqlandı

20 Sentyabr 2018 19:00
5 Şərh     Baxış: 25 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözəl Dəmirov Etimad İsmayılovu "Glock" markalı tapança ilə qətlə yetirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Hürriyyət" qəzeti yayıb. Qəzet Dəmirovun polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçdiyini bildirib.

Nəticədə Dəmirovla bərabər sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Məhz burada Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən "Glock" markalı tapança aşkar edilib.

Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib.

Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Bundan sonra Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb.

Dəmirov polisə ifadəsində bildirib ki, İsmayılovu öldürməsəydi, bu addımı İsmayılov atacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.