Kriminal

"İphone 8" sevdası iş adamı Elçinin sonu oldu - Həmin gecə yoxa çıxdı - VİDEO

21 Sentyabr 2018 12:34
0 Şərh     Baxış: 8 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlunun anası övladının tapılmasında kömək üçün "Səni axtarıram"a üz tutub.

Milli.Az xəbər verir ki, qadın oğlunun telefon biznesi olduğunu, sonuncu dəfə keçən il "İphone 8" modelini Bakıya gətirmək üçün getdiyi Dubayda yoxa çıxdığını bildirib.

"Oğlum 2017-ci ilin sentyabrın 3-ü Dubaya getdi, oktyabrın 3-ü qayıtmalı idi. 24-ü mən ona pul aparıb, yanına getdim. "İphone 8" çıxırdı. 36 min dollar pul apardım qızımla ona. Elçin hər il "İphone"un yeni modeli çıxanda elə pul aparırdı. 27-si günü gecə 2 saat danışdım. Dedi "mama, pulları götürmüşəm, ayın 3-ü gəlirəm. O, Dubayda bir qadına paltarını yumağa vermişdi. Dedi "Gedim paltarımı gətirim, gəlirəm".

Onlar da azərbaycanlıdırlar. Gedib, çörək yeyib. Oğlumun yanına 15 gün idi ki (sentyabrın 13-ündən) , Teymur Vəzirov adında oğlan gəlmişdi. Teymur həmin vaxt Elçinə tez-tez zəng edib, tez evə gəl deyirmiş. Elə həmin gecədən Elçin yoxa çıxdı".

Ətraflı videoda:

Videonu izləmək üçün şəklə klikləyin:

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.