Kriminal

Qadınlara qənim kəsilən oğru DANIŞDI - VİDEO - FOTO

19 Sentyabr 2018 18:32
1 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, polis idarəsinə müraciət edən qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədən naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağısını qopararaq hadisə yerindən qaçdığını bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb. Onun ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə başqa cinayətlərinin də üstü açılıb. Belə ki, həmin şəxsin müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub. İstintaq zamanı onun qadınlara ümumilikdə 2.000 manata yaxın maddi ziyan vurduğu sübut olunub.

Məmməd Vəliyev - Saxlanılan şəxs: "Bir kök, bir arıq qadın keçdi yanımdan. Gördüm kök qadının əli arxadadı və əlində "kaşlyok" var. Götürüb qaçdım, zibilliyin yanında dayandım. Açdım pul qabını, 2 manat 20 qəpik pul, şəxsiyyət vəsiqəsi, texniki pasport, etibarnamə, sürücülük vəsiqəsi. Atdım bunları zibil vedrəsinə, çıxdım getdim. 1 nömrəli məktəbin qabağından gedirdim, bir dənə qadın xeylağını gördüm döndü qarajlar tərəfə. Döndüm dalınca. Qulağında sırğa var idi, dartdım qaçdım. Bir də 5-ci mikrorayonda yolla gedirdim, gördüm bir qadında sep var. Dartdım, yarısı qırıldı qaldı. Qaçdım getdim".

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qadınlara qənim kəsilən oğru DANIŞDI

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.