Kriminal

Gəncə sakini bıçaqlanaraq yol kənarına atılıb

17 Sentyabr 2018 21:35
0 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, 30 yaşlı Yusibov Orxan Rövşən oğlu şəhərin Məhsəti qəsəbəsindən keçən yolun kənarında aşkar edilib.

Qarın nahiyəsində bıçaq xəsarəti olan kişi ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. O.Yusibovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.