Kriminal

Həbsdən çıxan kişini arvadı tərk etdi, içib ana və atasını BALTALADI - Beyləqandakı qanlı hadisənin TƏFƏRRÜATI - VİDEO - FOTO

14 Sentyabr 2018 14:43
4 Şərh     Baxış: 4 624

Daşkəsəndə dəhşətli ailə münaqişəsi yaşanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Daşkəsənin Qabaqtəpə kəndində 74 yaşlı İlyas Bağırov və həyat yoldaşı 64 yaşlı Tamara Bağırovaya onlarla bir yerdə yaşayan oğulları Firdovsi Bağırov balta ilə ağır xəsarətlər yetirib.

Yaralılar yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Firdovsi Bağırovun hadisəni törədərkən sərxoş olduğu bildirilir.

O, narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayıb.

Bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq ata-anasının yanında qalıb.

Mənsurə Zeynalova - Zərərçəkənin nəvəsi: "Nənəm çöldə odun yarırmış, bu da hardan gəlib, bilmirəm, mübahisə ediblər, nənəmi ölümünə döyüb. O biri gəlinimiz gəlib hadisə yerinə, ona da xəsarət yetirmək istəyəndə gəlin qaçıb. Nənəmi döyəndən sonra qaçıb evdən. Ailəsini, uşağını yola vermirdi. Uşaqları yaxşı oxuyur, amma orta məktəbə qoymurdu. Yoldaşına artıq-əskik sözlər deyirdi. Axır gəlin məcbur oldu, çıxdı getdi".

Daşkəsən RPŞ əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DƏHŞƏT! - Həbsdən çıxan narkoman oğul ana və atasını BALTALADI

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    $.$.$. · 14 Sentyabr 15:1760

    Atanın ananın ahı tutsun səni cinayətkar ! Nə yaxşı o gəlin cıxıb gedib yoxsa bu narkoman onu da öldurərdi.Allah bu cur narkoman övladlardan qorusun! Amin!

    Cavab yaz
  • Anonim
    Aslı · 14 Sentyabr 15:5030

    Amann dehsete geldim bu yashlarinda bu onlar uchun olumden beterdir evlad boynun qirilsin .Allaha siginmag lazimdir bele evladlardan

    Cavab yaz
  • Anonim
    &.& · 14 Sentyabr 16:3210

    Beyləqan ? Daşkəsən?

    Cavab yaz
  • Anonim
    Konullu · 14 Sentyabr 21:4610

    Vay vayy.elleri qurumuw.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.