Kriminal

Tanışı qətlə yetirdi, 18 il müddətinə azadlıqdan məhrum oldu

14 Sentyabr 2018 07:55
0 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanışı öldürdüyünə görə 18 il müddətinə azadlıqdan məhrum edilən şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.2.21-ci maddəsi ilə məhkum olunan Məhərrəmov Elman Əli oğlunun məhkəmə prosesinə hakim İmran Hacıqayıbov sədrlik edəcək. 

2017-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən 52 yaşlı Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə kollegiyasının hökmü ilə E.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2017-ci ilin may ayında "Bakı Metropoliteni"nin "28 May" stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

E.Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.