Kriminal

Bakıda qadının brilyant üzüyünü barmağından alıb qaçdılar

12 Sentyabr 2018 22:17
0 Şərh     Baxış: 2 011

Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Sovxoz küçəsi, ev 12, mənzil 1-də baş verib.

Həmin mənzildə yaşayan 1937-ci il təvəllüdlü Nağıyeva Xədicə Bəhlul qızı evində tək olduğu zaman 2 nəfər naməlum şəxs evə basqın edib.

Həmin şəxslər qadını hədələyərək onun barmağındakı brilyant qaşlı üzüyü çıxarıb qaçıblar.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.