Kriminal

Azərbaycanlı sevgilisini öldürdü, 14 yaşlı qızına təcavüz etdi

20 Avqust 2018 15:24
4 Şərh     Baxış: 11 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Konya şəhərində 25 gün öncə azərbaycanlı sevgilisi Səidə Yükseliri öldürən Rahim Aracı saxlanılıb.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, Antalyada polis tərəfindən saxlanılan Rahimin üzərində saxta pasport aşkarlanıb.

O,Suriyaya qaçmaq istəyərkən tutulub.

Rəhim Arıcı polisə ifadəsində Səidəni qətlə yetirmədiyini, sevgilisinin öz canına qəsd etdiyini bildirib.

Aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, cinayətdən 14 gün öncə Səidənin 14 yaşlı qızı anasının sevgilisi barədə polisə şikayət edib. Azyaşlının iddiasına görə, Rahim ona qarşı seksual xarakterli hərəkətlər edib.

Qeyd edək ki, Rəhimin əvvəlki evliliyindən 3, Səidənin isə 4 övladı var. Hadisənin necə baş verdiyinə gəlincə, cütlük Rəhimin iş yerində mübahisə edib. Hadisə yerinə polis gələndə isə tərəflər bir-birindən şikayətçi olmadıqlarını bildirərək barışıblar.

Növbəti gün isə Rəhim Arıcı maşınla işə gedərkən yanındakı Səidəyə tapança ilə 8 əl atəş açıb. O, qadını maşından atdıqdan sonra hadisə yerindən qaçıb.

Səidə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 4 uşaq anası olan azərbaycanlı qadın son nəfəsində "Məni Rəhim vurdu" deyib.

Qeyd edək ki, Rahim Arıcı əvvəllər də məhkumluq həyatı yaşayıb. O, 2002-ci ildə iki nəfəri öldürdüyü üçün 11 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.