Kriminal

Bakıda uşaq oğrusu PEYDA OLDU - VİDEO

17 Avqust 2018 21:14
11 Şərh     Baxış: 10 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Milli.Az bildirir ki, hadisə paytaxtın Yeni Yasamal yaşayış massivində olub. Azyaşlını oğurlama istəyən şəxsin çirkin əməli təhlükəsizlik kameralarına da düşüb.

Bu barədə sosial şəbəkədə azyaşlının valideyni Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə 11 avqust axşam saatlarında yaşadıqları binanın həyətində baş verib. Raminin sözlərinə görə, oğlu evə gələrək atasına onu oğurlamaq istədikələrini bildirib.

Ata əvvəlcə oğluna inanmayıb. Lakin binanın həyətində olan bir nəfər uşağın dediklərini təsdiqləyib. Bundan sonra o, ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə gələn ərazi üzrə 29-cu polis şöbəsinin əməkdaşları yaxınlıqdakı mağazanın müşahidə kameralarını izləyiblər. Bu zaman həqiqətən də bir cavan oğlanın uşaqla söhbət etdiyi və onu aparmaq istədiyi görünür.

Görüntülərdən aydın olur ki, uşaq əvvəlcə həmin şəxsin danışıqlarından sonra kənara çəkilir. Daha sonra uşağı oğrulamaq istədiyi iddia edilən həmin şəxs yenindən uşağa yaxınlaşıb və qolundan tutaraq aparmaq istəyir.

Biz də sözügedən cinayətin baş verdiyi yaşayış massivində olduq. Uşaqla söhbət zamanı o bildirdi ki, həmin şəxs ondan əvvəlcə nə xoşladığını soruşub. Uşaq ona pişik balalarından xoşu gəldiyini dedikdə, gənc oğlan onlarda çoxlu sayda pişik balası olduğunu deyərək israrla evlərinə aparmaq istəyib. Həmin şəxsin hərəkətlərindən qorxan uşaq qaçaraq oradan uzaqlaşıb.

Valideynləri razı olmadığı üçün həmin azyaşlıdan aldığımız müsahibəni təqdim etmirik. Faktla bağlı isə 29-cu polis şöbəsindən bildirdilər ki, görüntülər əsasında həmin şübhəli şəxsin axtarışları aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda uşaq oğrusu PEYDA OLDU

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.