Kriminal

Xaçmaz sakininin həyətindən çətənə kolları götürülüb

17 Avqust 2018 19:54
Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin Qasımova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan dibçəklərdə əkilmiş, ümumi çəkisi 5 kq yaxın olan 42 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

​Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.