Kriminal

Bakıda bankomatları yarıb pul oğurlayan polisdən XƏBƏR VAR

17 Avqust 2018 10:58
0 Şərh     Baxış: 3 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankomatları yarıb pul oğurlamaqda təqsirləndirilən Xəyal Rüstəmov, Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az Report-a istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Rüstəmov 9 il, O.Əhmədov 8 il, R.Ağayev 10 il, E.Zülfüqarov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O.Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb. Məlum olub ki, O.Əhmədova bankomatları yarmaqda R.Ağayev, X.Rüstəmov və E.Zülfüqarov kömək edib.

Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.

O.Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edib və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiririblər.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən X.Rüstəmov Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olub. O, hadisə ərəfəsində Binəqədi rayonuna ezam edilib və orada çalışırmış. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.