Kriminal

Daha 2 nəfər saxlanılıb - VİDEO

13 Avqust 2018 21:59
Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taxıl biçinindən sonra sahələrə od vuraraq yandıranlara qarşı mübarizə tədbirləri davam etdirilir. Qax rayonunda da sahələri yandıran 2 nəfər saxlanılıb.

Milli.Az bildirir ki, Qax rayon rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zaqataladan gəlib rayon ərazisində sahələri yandıran 26 yaşlı Emil Şəkərov və 23 yaşlı Murad Qardaşov tutularaq polis şöbəsinə aparılıb.

Saxlanılan Zaqatala sakinləri bildirib ki, Qaxa istirahətə gəliblərmiş. Onlar Qax ərazisində taxıl zəmilərini yandırıblar. Yanğının isə torpaga zərər vurmasından xəbərsiz oldugunu bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə cəzası gözləyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Əkin sahələrini yandıranlarla mübarizə davam edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.