Kriminal

Bakıda restoranda iki nəfəri güllələyən şəxs keçmiş məhkumdur - TƏFƏRRÜAT - YENİLƏNİB - VİDEO - FOTO

10 Avqust 2018 10:49
6 Şərh     Baxış: 16 180

10:49

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb.

Daxili İşlər Nazirliyi (DİN) ötən gecə Ramanada baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər"lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş "AKMS" markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

----------------

07:52

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ölən və yaralananın şəxsiyyəti məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda restoranda silahlı insident baş verib

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ...... · 10 Avqust 08:37205

    Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Naxcivan restorani..Can BAKIM can..

    Cavab yaz
    • Anonim
      Aydlndl · 10 Avqust 10:1585

      1 cumlende 30 illik tarixi deyiwikliyi tam qeyd etmisen.Ela yazmlsan

      Cavab yaz
      • Anonim
        yeraz · 10 Avqust 10:5554

        yazdigi adlarda ermeni adi gormurem. muharibede vurusanda bakililar ayri yerazlar ayri naxcivanlilar ayri vurusacaq?? Camaati bolmuyun. Bakililar qardawdi

        Cavab yaz
    • Anonim
      mexvi · 10 Avqust 19:0610

      Men bakılı deyilem.Amma bakiliyam deyenlerin coxu da bakılı deyil.İnanmırlar nəsil nəcabətlərini araşdırsınlar.

      Cavab yaz
  • Anonim
    . · 10 Avqust 12:3960

    Vəhşilik baş alib gedir.Bunlarin üzündən səhərə qədər yatmamışıq

    Cavab yaz
  • Anonim
    Raul · 11 Avqust 00:1101

    Düppədüz. Bircə bunlar cəhənnəm olub getsəydilər, Bakı rahat nəfəs alardı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.