Kriminal

Tanımadığı şəxslə yeyib-içdi, sonra bıçaqladı: "Mənə "sən öl" dedi..." - VİDEO

8 Avqust 2018 21:30
2 Şərh     Baxış: 3 296

Abşeronda kafedə yeyib-içdikdən sonra tanımadığı şəxsə qarşı quldurluq edən bir nəfər tutulub.

Milli.Az bildirir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsindəki kafelərdən birində baş verib. Zaur Əhmədov kafedə yeyib içərkən başqa masada əyləşən Rahim Mustafayevlə tanış olub. Zaur Əhmədov adını belə soruşmadığı şəxslə yeyib-içərkən qəfildən mübahisə edib. Mübahisə zamanı Zaur Əhmədov bıçaqla onun bud nahiyyəsinə xəsarət yetirib, cibində olan 126 manat pulu götürüb qaçıb.

Yaralı Rahim Mustafayev dərhal şahidlər tərəfindən xəstəxanaya aparılıb. Polis əməliyyat-axtarış tədbirləri ilə quldurluq cinayətini törətməkdə şübhəli bilinən Zaur Əhmədovu saxlayıb. O, törətdiyi cinayəti etiraf edib.

Əvvəllər də iki dəfə müxtəlif cinayətlər törətmiş, amma məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmış Zaur Əhmədov deyib ki, bu əməlini törətməsinə səbəb yeni tanış olduğu Rahim Mustafayevin ona yalan danışması olub.

Faktla bağlı Zaur Əhmədov barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb.

Abşeron polisi rayon ərazisində mənzildən oğurluq edən şəxsi də tutub. Xırdalan şəhər sakini Zülfüqar Əhmədov polisə məlumat verib ki, evdə olmadıqları vaxt mənzilindən 5 min manat dəyərində qızılları oğurlanıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi əvvəllər məhkum edilmiş Ruslan Əzimovu saxlayıb. Həmin vaxt maddi sübutların bir qismi də ondan aşkar edilib.

Bu fakta görə Ruslan Əzimov barəsində Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. Onun başqa cinayətlərinin olub olmaması araşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tanımadığı şəxslə yeyib-içdi, sonra bıçaqladı

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    .. · 8 Avqust 22:5520

    Ancaq bizdedi bele gic sobetler.senol men ne bilim ne..gedin ozvuze senet tapun..adam olune

    Cavab yaz
  • Anonim
    . · 9 Avqust 06:4900

    Əvvəllər də iki dəfə müxtəlif cinayətlər törətmiş, amma məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmış Zaur Əhmədov deyib ki, bu əməlini törətməsinə səbəb yeni tanış olduğu Rahim Mustafayevin ona yalan danışması olub. Bu tula ondan pul isteyib, o da deyib sen ol yoxdur. Bele parazitleri cemiyyetden tecrid etmek lazimdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.