Kriminal

Narkotraffikə qarşı mübarizə tədbirləri nəticəsində 734,4 kiloqram narkotik vasitə götürülüb

14 İyul 2018 19:01
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur.

Milli.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

V.Eyvazob bildirib: "Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib".

Birinci müavin qeyd edib ki, insan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin ardıcıl davam etdirildiyi, 105 insan alveri cinayətinin müəyyən edildiyi, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.