Kriminal

Nazpərinin evindən oğurluq edənlər hakim qarşısında

13 İyul 2018 13:44
2 Şərh     Baxış: 3 126

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məkum olub ki, C.Əliyev Sumqayıt şəhərində anadan olub, ali təhsillidir və əvvəllər məhkumluq həyatı yaşayıb.

R.Verdiyevlə N.Fərəcov da daha əvvəl həbs edilib, məhkumluqları isə ödənilib.

Zərərçəkmişlər - N.Dostəliyeva və digərlərinin məhkəmədə iştirak etmədiyi elan olunub.

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Məlumata görə, A.Həmidov taksi sürücüsü olub.

İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    6 hiss · 13 İyul 16:5921

    Deyirem dostlar qizil zinet esyalarini yigib saxlamaqdansa imkansiza xesteye yardim etsek gozel olar rehmetlik Ilhame xanimin bir o qeder briliyanti var idi ne apardi buda ne aparsin

    Cavab yaz
  • Anonim
    Qaqaw · 13 İyul 17:0821

    Bilillerda ogrulardaki hansi evde nevar. Menim bir qonwumvar deyir kawkk ogrular bize gelerdi onda belke mene yaziglzri gelkb ciblerindekk bew manatids qoyub gederdiler. Ha ha he

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.