Kriminal

Bakıda vəkil bıçaqlanıb

25 İyun 2018 08:12
0 Şərh     Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 1961-ci il təvəllüdlü Quliyev Camal Aydın oğlu hadisə metronun Memar Əcəmi stansiyası yaxınlığından keçən Cavadxan küçəsində mübahisə zamanı bıçaqlanıb.

Onun döş qəfəsinin sol yarısından ürəyinə yaxın hissəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları istintaq araşdırmaları aparır.

C.Quliyev vəkil kimi fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.