Kriminal

Hacıqabulda dəhşət: xalası qızının boğazını kəsdi - VİDEO - FOTO

24 İyun 2018 10:00
37 Şərh     Baxış: 10 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda dəhşətli qətl hadisəsi törədilib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu  xalası qızı - Hacıqabul sakini 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızının boğazının kəsərək qətlə yetirib.

Məlumata görə, R.Məlikli Muğan qəsəbəsində nənəsi ilə yaşayıb. Evə daxil olan A.İsmayılzadə xalası qızının boğazının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb.

A.İsmayılzadə daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub.  

Hadisənin qısqanclıq üstündə törədildiyi ehtimal olunur. Hazırda qətlə yetirilən qadının meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə gətirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DƏHŞƏT! Xalası qızının boğazını kəsib polisə təslim oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.