Kriminal

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb

22 İyun 2018 22:40
1 Şərh     Baxış: 3 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 42-ci məhəlləsində olub.

Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb.

Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib:

"Cavab olaraq abonent işçiyə bildirib ki, sənə demişəm mənim qapımı döymə. A.Balayev razılaşaraq aşağı mərtəbəyə düşüb, amma ev sakini əlində bıçaqla gələrək eyni sözləri təkrarlayıb və nəzarətçini itələyərək yerdə ona üç bıçaq zərbəsi endirib".

İdarədən A.Balayevin hazırda vəziyyətinin normal olduğu qeyd olunub:

"O, dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və orada əməliyyat olunub. Həkimlərlə danışmışıq, işçinin vəziyyəti hazırda normaldır. İki-üç günə evə buraxılacaq".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.