Kriminal

Lənkəran sakini döyülüb

20 İyun 2018 22:08
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran sakini döyülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Liman şəhəri ərazisində 37 yaşlı Xalid Həsənovla tanışları arasında baş verib.

Məlumata görə, X. Həsənovla onun tanışı olan iki nəfər arasında əvvəlcə mübahisə yaranıb. Sonra isə həmin iki şəxs dəmir parçası ilə X. Həsənovun kürək nahiyəsinə bir neçə zərbə endirib.

Yaralı təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir. Hadisənin X. Həsənovun atasının bir neçə gün əvvəl satdığı ot üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.