Kriminal

Bakıda 15 avtomobil qarət edən şəxs tutulub - VİDEO

20 İyun 2018 21:50
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 15 avtomobil qarət edən şəxs tutulub. Həmin şəxs avtomobillərin qabaq yan şüşəsini qırmaqla pul, mobil telefon və digər qiymətli əşyaları oğurlayıb.

Milli.Az bildirir ki, Binəqədi rayon sakini Sadiq Əliyev rayon 5-ci Polis Bölməsinə müraciət edərək avtomobilinin şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin salonunda olan mobil telefonunun naməlum şəraitdə oğurlandığını bildirib.

Eyni məzmunlu şikayət ərizəsi ilə bölməyə daha 14 avtomobil sahibi müraciət edərək maşınlarından pul, mobil telefon, səsgücləndiricilər, maqnitofonlar və digər qiymətli əşyaların oğurlanması barədə məlumat veriblər.

Bölmə əməkdaşları əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasovu saxlayıb. O, ifadəsində törətdiyi cinayət əməlini istintaqla araşdırılan bir tanışı ilə törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 15 avtomobil qarət edən şəxs tutulub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.