Kriminal

Paytaxtda qadını soymağa cəhd edən şəxslər saxlanıldılar

19 İyun 2018 17:28
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyunun 18-də Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan iki qadın həmin gün saat 18 radələrində rayon ərazisindəki ayrı-ayrı ünvanlarda naməlum şəxsin zor tətbiq edərək onların içərisində parfümeriya, bijuteriya və sənədləri olan çantalarını almağa çalışdığını, lakin istəyinə nail olmadıqda qaçıb aradan çıxdığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğa cəhd etməkdə şübhəli bilinən 2 nəfər "isti izlər"lə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Biləsuvar rayon sakini Eyvaz Babayev və Qəbələ rayon sakini Gəncim Allahverdiyev olduqları müəyyən edilib.

Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.