Kriminal

Bölgələrdə külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

19 İyun 2018 13:45
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyunun 18-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 3,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Belə ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dağlı kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Yusifov çəkisi 1 kiloqram 815 qram olan marixuananı satarkən cinayət başında yaxalanıb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən şəxsi axtarış zamanı 0,165 qram heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 450 qram marixuana, 0,32 qram "Metadon" və 0,9 qram "Preqabalin" həbləri, 0,877 qram heroin və 0,457 qram tiryək də aşkar edilərək götürülüb.

Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Tofiq Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.