Kriminal

33 yaşlı kişi məktəbli qıza elçi getdi, "yox" cavabı aldığı üçün qızı... - TƏFƏRRÜAT

14 İyun 2018 18:56
8 Şərh     Baxış: 13 731

Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.

Milli.Az xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

Korarx kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, qızı oğurlayan şəxs qonşularıdır. R.Xəlilov C.Abdullayevanı ailə qurmaq məqsədilə qaçırıb.

Sakinlər deyir ki, hadisə 2-3 gün əvvəl baş verib: "Qız hələ 11-ci sinifdə oxuyur, 17 yaşı bu ay tamam olacaq. Onu qaçıran R.Xəlilov isə 1985-ci il təvəllüdlüdür. O, C.Abdullayeva ilə ailə qurmaq üçün elçi düşsə də, qız və ailəsi razı olmayıb. Ondan sonra qızı qaçırmaq qərarı verib. Ailəsinin şikayəti əsasında o, kənd ərazisində saxlanılıb. Qız ailəsinə təhvil verilib".

Maqsud Mustafayev isə kənd sakini deyil. O, qızı qaçırtmaqda R.Xəlilova köməklik edib.
R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Əsranur · 14 İyun 19:06132

    Şəkoldə Van Dammı qaçırdırlar??Ayağ kişi ayağına oxşayır.

    Cavab yaz
    • Anonim
      ABC · 14 İyun 20:1583

      Düzdü ayaq Van Dammın ayağına oxşayır)), aqqası qonşumuzun tuflisinə.)

      Cavab yaz
      • Anonim
        Əsranur · 14 İyun 22:2232

        Bayyy.olmaya qonşu Əlbalanı qaçırıblar???Vəxseyyy..Qulaq ver gör evlərində sakitçilikdir?Anası əncir ağacının altında axtarmır Əlbalanı?:)))))))

        Cavab yaz
        • Anonim
          MOMIN · 15 İyun 15:5601

          sekile baxib duz yarim saat dayanmadan gulmusem. deyesen doqurdan o masinin baqajnikindeki kisidir ozude yubka geyib

          Cavab yaz
  • Anonim
    Tovuzlu E · 14 İyun 19:20110

    Sukur ki aile agilla vaxtinda polise sikayet edib, daha camaatin ne deyeceyini fikirlesmeyibler.. Siz niye 17 yasli mektebli qiza qadin yazmisiz

    Cavab yaz
  • Anonim
    S · 15 İyun 00:1340

    Yasinan utanmir 33 yasli kiwi kiwi demey olarsa 11 sinifde oxuyan gizi gacirib...bu ne dimekdi...indi yat turmede 50 yasinda cixarsan

    Cavab yaz
    • Anonim
      - · 15 İyun 07:1405

      Eceb edib sene ne 33 yaş nə yaşdı ki

      Cavab yaz
  • Anonim
    Kenan · 15 İyun 23:3400

    Bu insanligin axiri hara gedir niye her kes oz tayini tapmir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.