Kriminal

Türkiyədə kişi azərbaycanlı arvadını öldürüb intihar etdi - FOTO

14 İyun 2018 17:07
3 Şərh     Baxış: 4 070

Türkiyənin İqdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu kişi tərəfindən öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, vilayətin Şıracı kəndində 35 yaşlı Taner Parlarla həyat yoldaşı Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürüb. Daha sonra böyük qardaşına zəng edərək cinayət törətdiyini etiraf edib və özünə də ürəyindən atəş açaraq intihar edib.

Onların meyitləri ekspertiza üçün morqa göndərilib.

Qeyd edək ki, onların iki övladı var. Uşaqlar hadisə baş verən zaman evdə yatırmışlar. Cinayəti törətmiş T. Parların rəsmi nikahda olduğu arvadından isə üç uşağı var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    nn · 14 İyun 17:11130

    belə gözəl qız o xiyarın neyine gedib. Ne gundedi, ozude kendde yasayir. Heyif

    Cavab yaz
    • Anonim
      . · 14 İyun 18:0741

      xiyara geden xiyare olar. o da xiyare olub ki ona gedib

      Cavab yaz
  • Anonim
    Raul · 15 İyun 07:4610

    Qardaş, qardaş deyib, bunları çox qudurtduq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.