Kriminal

Qohumunun üstünə benzin töküb yandırdı - VİDEO - FOTO

14 İyun 2018 13:31
1 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qohumu Gəncə sakinini sağlamlığından edib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, 64 yaşlı Fikrət Əmiraslanov əl və ayaq nahiyələrinin yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona lazımi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Əmiraslanovun dediyinə görə, işlədiyi dükanda olan zaman gəlininin dayısı ailə münaqişəsi zəminində onun üzərinə benzin tökərək od vurub. 

Şahin Quliyev - həkim: "İlkin müayinə zamanı xəstənin sağ aşağı və yuxarı ətrafında 2-3-cü dərəcəli termiki yanığ qeydə alınıb. Xəstəyə şöbədə ilkin yardım göstərilmiş, yaraları işlənilmiş, sonrakı müalicə üçün Bakıya getməsi məsləhət olunmuşdur. Hal-hazırda xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəblul etmişik".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəlinin dayısı 64 yaşlı qohumunu benzin töküb yandırdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.