Kriminal

“Rastımıza çıxdı, biz də götürdük” - 16 minlik kabel oğruları DANIŞDILAR - VİDEO - FOTO

13 İyun 2018 18:45
1 Şərh     Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pula hərislik onlara azadlıqları bahasına başa gəldi

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, söhbət Neftçalada qeydə alınan oğurluqdan gedir.

Neftçala Rayon Polis Şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrindən birinə məxsus dərinlik dalma nasosları üçün istifadə edilən, hər metrinin qiyməti 80-90, ümumilikdə isə 16 min manat dəyərində olan 200 metr kabelin naməlum şəxs və ya şəxslər tərəfindən oğulanması barədə şikayət ərizəsi daxil olub. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

İlkin istintaq zamanı məlum olub ki, onlar kabeli oğurlamaq üçün müxtəlif kəsici alətlərdən və biri yedəkli olmaqla iki motosikletdən istifadə ediblər.

Saxlanılan şəxs: "Kəsilmiş halda elə bil ki, tokdan ayrılmış vəziyyətdə qalmışdı. Biz də onu kəsdik, "rulon" vurduq götürdük".

Saxlanılan şəxs: "Sadəcə, rastımıza çıxdı, biz də götürdük. Sonra polis tutdu".

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.