Kriminal

Azərbaycanlı deputatdan girov tələb edilir - YENİLƏNİB

13 İyun 2018 16:25
0 Şərh     Baxış: 2 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:25

Gürcüstanın Baş Prokurorluğu parlamentin deputatı Azər Süleymanovdan girov tələb edib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rustavi Prokurorluğunda keçirilmiş brifinqdə bildirilib.
 
A. Süleymanovun parlament üzvü kimi toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir. Qeyd olunub ki, A. Süleymanov Marneuli insidenti ilə bağlı daha yüngül əməldə günahlandırılır. Hazırda A. Süleymanovun toxunulmazlığının aradan qaldırılması məsələsi nəzərdən keçirilmir.

----------
16:19

Marneuli rayonunun rəhbəri Temur Abazov rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Onu 5 ildən 10 ilədək həbs gözləyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun Kvemo Kartli bölgəsi üzrə idarəsində keçirilmiş brifinqdə bildirilib.
 
Həmin faktla bağlı deputat Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və T.Abazovun qohumu E.Q. adlı şəxsin adı istintaq materiallarında keçir. Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A.Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.